
Anna Karenina. Vronskinin hekayəsi
1904-cü ildə rus-yapon müharibəsi zamanı Mancuriyada geri çəkilən rus hərbi hospitalı tərk edilmiş bir Çin kəndində yerləşir. Hospitalın rəisi Sergey Karenin əməliyyat etdiyi yaralı zabitin qraf Vronski olduğunu öyrənir. Bu adam anası Anna Kareninanın ölümünə və atasının həyatını itirməsinə bais olmuş şəxsdir.
İllərdir cavabsız qalan suallara aydınlıq gətirmək istəyən Sergey xəstənin yanına gedir və anasını bu addımı atmağa nəyin vadar etdiyini soruşur. Qraf qarşısındakı həkimin həmin balaca Seryoja olduğunu anlayır. Qısa tərəddüddən sonra Vronski insanların yalnız özlərinə sərf edən xatirələri saxladığını vurğulayaraq sevgisinin tarixçəsini danışmağa başlayır.
«Anna Karenina. Vronskinin hekayəsi» filmi 2017-ci ildə Rusiyada çəkilib. Dramın rejissoru Karen Şahnazarovdur. Baş rolları Maksim Matveyev, İvan Kolesnikov, Yevdokiya Germanova və Stanislav Eventov canlandırıb.
«Anna Karenina. Vronskinin hekayəsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2017
- Ölkə
- Rusiya
- Rejissor
- Karen Şahnazarov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur, Оригинал
- Müddət
- 138 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın