
Maddinin sirri
Madison Ralf kulinariya videoları çəkən Gourmaybe şirkətində qabyuyan işləyir. Onun ən böyük arzusu isə mətbəxdə sərbəst yemək bişirmək və əsl şef olmaqdır. Günlərin birində həyat yoldaşı Ceyk Madisonun öz resepti ilə hazırladığı vegeterian təamını videoya çəkərək internetdə paylaşır. Həmin kadrlar qısa müddətdə böyük səs-küy doğuraraq sosial şəbəkələrdə inanılmaz dərəcədə məşhurlaşır.
Şirkət rəhbərliyi yaranmış fürsəti fövtə vermir və Madisonu yeni verilişin aparıcısı, eyni zamanda kulinariya influenseri təyin edir. Ekran qarşısına keçən qəhrəman kütləvi diqqət mərkəzinə düşür. Lakin gözlənilməz şöhrət və ictimaiyyətin təzyiqi onun zahiri görkəmi və bədən quruluşu ilə bağlı illərdir gizlətdiyi komplekslərini yenidən üzə çıxarır.
ABŞ istehsalı olan bu dram və komediya filmini rejissor Con Erli lentə alıb. 2025-ci ildə ekranlara çıxan «Maddie's Secret» layihəsində əsas rolları Helen Berlant, Mike Mitchell, Lake Dorn və Danielle Polanco canlandırıb.
«Maddinin sirri» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın