
Gizlənpaç
Borc tələb edənlərdən qaçan Tuşar hamiləliyin son aylarında olan həyat yoldaşı Nehanı kənddəki tanışlarının yanına aparır. Cütlük hündür otluq sahənin tən ortasında yerləşən qəribə bir evdə məskunlaşır. Vəziyyətin çətinliyinə görə narahatlıq keçirən gənc qadın, ev sahibinin arvadı Tulsabarinin qayğısı sayəsində sakitləşir və ona ana kimi bağlanmağa başlayır.
Şəhərdəki duruma baxmaq üçün ərinin geri dönməsindən sonra hadisələr gözlənilməz istiqamət alır. Tək qalan Neha onunla əylənmək istəyən nadinc oğlan uşaqları görməyə başlayır. Eyni zamanda Tulsabarinin ona qarşı əvvəlki mehriban münasibəti qəfil kəskin şəkildə dəyişir.
2017-ci ildə Hindistanda istehsal olunmuş «Gizlənpaç» (Lapachhapi) dram və qorxu filminin rejissoru Vişal Furiadır. Ekran əsərində əsas rolları Uşa Naik, Puca Savant, Hrudaynat Rane və Vikram Qaykvad canlandırıblar.
«Gizlənpaç» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2017
- Ölkə
- Hindistan
- Rejissor
- Vişal Furia
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Türkçe altyazılar
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın