
Adsız ulduz
Adətən sakit əyalət stansiyasından dayanmadan keçən sürət qatarı gözlənilmədən burada dayanır. Gecə vaxtı perronda paytaxtdan gələn Mona adlı tənha bir qadın qalır. Yerli müəllim Marin Miroynun ona gecələmək üçün evini təklif etməsi ilə hadisələrin gedişatı dəyişir.
Birlikdə keçirdikləri saatlar ərzində gənclər bir-birlərinə aşiq olduqlarını anlayırlar və ayrılmamaq barədə qərar verirlər. Lakin dan yeri söküləndə şəhərə Monanın ardınca gələn tanışı yetişir və hər şeyi öz axarına qaytarmaq istəyir.
1978-ci ildə SSRİ-də lentə alınan «Adsız ulduz» filminin quruluşçu rejissoru Mixail Kozakovdur. Ekran əsərində əsas obrazları İqor Kostolevski, Anastasiya Vertinskaya, Svetlana Kryuçkova və Qriqori Lyampe canlandırıblar.
«Adsız ulduz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 17 fevral 1979
- Ölkə
- SSRİ
- Rejissor
- Mixail Kozakov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 140 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın