
Terminal
Şərqi Avropadan Nyu-Yorka uçan Viktor Navorski aeroporta çatdıqda gözlənilməz sənəd problemi ilə üzləşir. Uçuş zamanı onun vətənində dövlət çevrilişi baş verir və pasportu qüvvədən düşür. Nəticədə ABŞ ərazisinə buraxılmayan Viktor ölkəsindəki müharibə bitənədək aerovağzalın 67 nömrəli çıxışında gecələməyə məcbur qalır.
Zaman keçdikcə terminalın qapalı mühiti Viktor üçün xüsusi bir dünyaya çevrilir. O, burada çalışan insanlarla ünsiyyət qurur, Ameliya adlı təyyarə bələdçisinə aşiq olur və ətrafdakıların rəğbətini qazanır. Yalnız hava limanının rəsmisi Frenk Dikson onu arzuolunmaz bir maneə kimi görür və oradan tezliklə uzaqlaşdırmağa çalışır.
2004-cü il istehsalı olan «Terminal» filminin rejissoru Stiven Spilberqdir. ABŞ istehsalı olan bu dram və komediya janrlı ekran əsərində baş rolları Tom Henks, Ketrin Zeta-Cons və Stenli Tutçi canlandırıb.
«Terminal» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 iyun 2004
- Ölkə
- ABŞ
- Rejissor
- Stiven Spilberq
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 124 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın