
Mən Nocumam, 10 yaşım var və boşanmışam
Yəmən qanunvericiliyində nikah üçün heç bir yaş məhdudiyyəti qoyulmayıb, buna görə də valideynləri balaca Nucumun taleyinə özləri qərar verirlər. On yaşlı uşaq otuz yaşlı kişiyə ərə verilir. Ailə həm onu saxlamaq xərcindən qurtulur, həm də başlıq pulu sayəsində az da olsa qazanc əldə edir.
Cəmiyyət tərəfindən qəbul edilən və tam qanuni sayılan bu sövdələşmə hər kəsi qane etsə də, balaca qızın həyatını dəhşətli bir kabusa çevirir. «Ana Nojoom bent alasherah wamotalagah» dram filmi uşaq yaşda evləndirilən bir qızın çətin sınaqlarını göstərir.
2014-cü ildə təqdim olunan layihəni rejissor Xədicə əl-Səlami lentə alıb. Yəmən, ABŞ, Fransa, İordaniya, BƏƏ və İsveçin birgə istehsalı olan ekran işində əsas rolları Reham Mohammed, Naziha Alansi, Rana Mohammed və Ibrahim Al-Ashmori canlandırıblar.
«Mən Nocumam, 10 yaşım var və boşanmışam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 dekabr 2014
- Rejissor
- Xədicə əl-Səlami
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 96 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗International Submission to the Academy AwardsNominasiya · 2017
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın