
Ögey ana
Valideynləri ayrılandan sonra on iki yaşlı Anna və altı yaşlı Ben atalarının yeni sevgilisi İzabel ilə tanış olurlar. Gənc qadın uşaqların rəğbətini qazanmaq və onlarla yaxınlaşmaq üçün əlindən gələni edir. Lakin onların doğma anası Ceki övladlarının həyatında öz nüfuzunu qorumağa çalışaraq yeni münasibətin qurulmasına mane olur.
İki qadın arasındakı gərginlik uşaqların davranışına da təsir edir və İzabel doğma insan olmağı bacarmır. Lakin Cekinin sağalmaz xəstəliyə tutulduğu üzə çıxanda ailədə hər şey dəyişir. Doğma ana yaxınlaşan itkini dərk edərək övladlarının gələcəyini məhz vaxtilə qəbul etmədiyi İzabelə etibar etmək məcburiyyətində qalır.
ABŞ istehsalı olan «Ögey ana» (Stepmom) dram filmini 1998-ci ildə rejissor Kris Kolambus çəkib. Əsas rollarda Culiya Roberts, Syuzen Sarandon, Ed Harris və Cena Meloun çəkiliblər.
«Ögey ana» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 dekabr 1998
- Ölkə
- ABŞ
- Rejissor
- Kris Kolambus
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın