
Mən qəsrin ağası idim
Fransada meşə ilə əhatə olunmuş böyük bir malikanədə milyonçu oğlu olan on iki yaşlı Tom yaşayır. Anasız qalan uşağın atası ev işlərinə və oğluna nəzarət etmək üçün dul bir qadını işə götürmək qərarına gəlir. Həmin qadın malikanəyə tək gəlmir, özü ilə eyni yaşda olan oğlu Şarlını da gətirir ki, varlı həmyaşıdına yoldaşlıq etsin.
Lakin böyüklərin bu istəyi baş tutmur. İki fərqli təbəqədən olan uşaqlar arasında ünsiyyət qurulmur və onlar ilk baxışdan bir-birinə nifrət etməyə başlayırlar. Beləliklə, oğlanların münasibəti açıq bir qarşıdurmaya çevrilir.
«Mən qəsrin ağası idim» (Je suis le seigneur du château) adlı bu fransız filmi rejissor Rejis Varnye tərəfindən çəkilib və 1989-cu ildə nümayiş olunub. Əsas obrazları Dominik Blan, Jan Roşfor, Rejis Arpen və Devid Behar canlandırıblar.
«Mən qəsrin ağası idim» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1989
- Ölkə
- Fransa
- Rejissor
- Rejis Varnye
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (одноголосый закадровый)
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın