
Şöhrətin təhlükəli qiyməti
Mahnı ifa etməyə başlayan gənc qız qəfil yoxa çıxır və ondan heç bir xəbər alınmır. Qızını axtaran ana tezliklə gizli bir cinayət şəbəkəsinin izinə düşür. Məlum olur ki, istedad axtarışı ilə məşğul olan saxta agentlik əslində şöhrət həvəsində olan yeniyetmələri cəlb edərək insan alverçilərinə təhvil verir.
Övladını xilas etmək istəyən qadın tapdığı ipuclarının arxasınca gedir. Bu axtarışlar onu uzaq və gözdən iraq bir adaya qədər aparıb çıxarır. Ana qızını bu qaranlıq şəbəkənin əlindən xilas etmək üçün təhlükəli sınaqlarla üzləşməli olur.
ABŞ istehsalı olan «Şöhrətin təhlükəli qiyməti» («Fame at a Deadly Cost») triller və dram filmi 2020-ci ildə işıq üzü görüb. Ekran əsərinin rejissoru Ceff Həadır. Baş rolları Codi Rassell, Andre Boye, Ceyms Uilyam O’Halloran və Beyli Ceyn Kormen canlandırıb.
«Şöhrətin təhlükəli qiyməti» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın