
Qısa görüşlər
Kənddəki evini tərk edən Nadya rəfiqəsi ilə birgə böyük şəhərə doğru yola çıxır. Yolüstü çayxanada işə düzələn gənc qız burada istedadlı və savadlı geoloq Maksimlə rastlaşır. Nadya ona qarşı hisslər bəsləməyə başlasa da, Maksimin artıq şəhərdə yolunu gözləyən sevgilisi var.
Maksimi axtaran Nadya sonda məhz həmin qadının mənzilinə gəlib çıxır. Şəhər rəhbərliyində məsul vəzifə tutan və bütün vaxtını işinə həsr edən Valentina İvanovna qonağı səmimi qarşılayır. Ev sahibi Nadyanın gəliş səbəbini bilmədən ona ev işlərinə baxmağı və yanında qalmağı təklif edir.
1967-ci ildə SSRİ-də istehsal olunmuş «Короткие встречи» dram filminin rejissoru Kira Muratovadır. Ekran əsərinin baş rollarında Nina Ruslanova, Kira Muratova, Aleksey Qlazırin və Svetlana Nemolyayeva çəkiliblər.
«Qısa görüşlər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1967
- Ölkə
- SSRİ
- Rejissor
- Kira Muratova
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Оригинал
- Müddət
- 96 dəq.
- Mükafatlar
- qələbə: 1 · nominasiya: 0
Rollarda
Mükafatlar və nominasiyalar
- 🏆100 best films in the history of Ukrainian cinemaQalib
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın