
Cənnətdə 90 dəqiqə
Pastor Don Payper qayğıkeş ailə başçısıdır və dinc bir ömür sürür. Lakin ağır yol qəzası onun həyatını alt-üst edir. Hadisə yerinə gələn xilasedicilər onun öldüyünü düşünərək cəsədin üstünü örtürlər. Yalnız saat yarım keçdikdən sonra həkimlər inanılmaz şəkildə Donu yenidən həyata qaytarmağı bacarırlar.
Klinik ölüm vəziyyətində olduğu həmin dəqiqələrdə Don heç vaxt hiss etmədiyi rahatlıq və sevinc duyur. Yenidən bu dünyaya qayıtdıqda isə onu qəzanın acı nəticələri gözləyir: o, yatağa məhkum olur və həkimlər ayağa qalxacağına ümid vermir. Yaşadığı möcüzədən güc alan Don həyat yoldaşının dəstəyi ilə ən ağır fiziki sınaqların öhdəsindən gəlməyə çalışır.
«90 Minutes in Heaven» dram filmi 2015-ci ildə ABŞ-da istehsal olunub. Ekran əsərinin rejissoru Maykl Polişdir. Baş rolları Keyt Bosvort, Qreqori Alan Uilyams, Fred Dalton Tompson və Ceffri D. Uilyams canlandırıblar.
«Cənnətdə 90 dəqiqə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2015
- Ölkə
- ABŞ
- Rejissor
- Maykl Poliş
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 121 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın