
Shut In
Cessika kənd yerindəki köhnə evdə iki azyaşlı övladını təkbaşına böyütməyə çalışır. Bu daxmanı saxlamaq üçün belə vəsaiti çatmayan gənc ana başqa yerə köçmək niyyətindədir. Lakin gözlənilmədən gələn keçmiş sevgilisi narkoman dostunun təhriki ilə bu xəbərə qəzəblənir.
Nəticədə kişi Cessikanı evin kiçik anbarına salaraq qapını arxadan bağlayır. Uşaqları tək qalan ana təcrid olunmuş vəziyyətdən çıxış yolu axtarmalı olur. Övladlarını qorumaq üçün o, bütün bacarığını işə salaraq bağlı qaldığı yerdən xilas olmağın yolunu tapmalıdır.
ABŞ istehsalı olan «Shut In» triller filmi 2022-ci ildə rejissor Di Cey Karuzo tərəfindən çəkilib. Dram janrlı ekran əsərində baş rolları Reyni Kuolli, Ceyk Horovits, Vinsent Qallo və Luçana VanDette canlandırıblar.
«Shut In» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Di Cey Karuzo
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın