
Əbədi gözəllik
Toy günü sevgilisi tərəfindən tərk edilən Ceyn iyirmi yaşında paranoid şizofreniya diaqnozu alır. Həyatının xeyli hissəsini elektrik şoku ilə müalicə olunduğu psixiatriya xəstəxanasında keçirən qadın, həm də eqoist ailəsinin laqeyd münasibətindən əziyyət çəkir. Qulağına gələn səslərə və xəyallara baxmayaraq daxili enerjisini itirməyən Ceyn, doğmalarının tələbi ilə içdiyi çoxsaylı dərmanları birdəfəlik atmağa qərar verir.
Preparatlardan imtina etmək divarlarda hörümçək görməsinə və divar kağızlarını qoparmasına səbəb olsa da, qadın özünü daha canlı hiss etməyə başlayır. Çox keçmədən o, oxşar psixi çətinliklərlə mübarizə aparan Mayk adlı musiqiçi ilə tanış olur. Birlikdə vaxt keçirən bu iki insan həyatı özlərinə məxsus şəkildə kəşf edərək xoşbəxtliyə doğru addımlayır.
«Əbədi gözəllik» (Eternal Beauty) dram və komediya janrında 2019-cu ildə Böyük Britaniyada rejissor Kreyq Roberts tərəfindən çəkilib. Əsas obrazları Devid Tyulis, Elis Lou, Toni Lider və Nikolas Lamli canlandırıblar.
«Əbədi gözəllik» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2019
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Kreyq Roberts
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın