
Mandarin qoxusu
«Mandarin qoxusu» (L'odeur de la mandarine) filmi 1918-ci ilin hadisələrindən bəhs edir. Həyat yoldaşı cəbhədə həlak olan gənc tibb bacısı Anjela azyaşlı qızını təkbaşına böyütməyə çalışır. İş axtarışında olan qadın döyüşlərdə ayağını itirmiş və malikanəsində tənha yaşayan sabiq süvari zabiti Şarlın yanına baxıcı kimi düzəlir.
Zaman keçdikcə bu iki tənha insanın ünsiyyəti aralarında səmimi bir yaxınlıq yaradır. Anjelanın qayğısı Şarla yenidən yaşamaq həvəsi bəxş edir. Lakin çox keçmir ki, gənc qadının zahirən göründüyü qədər sadəlövh olmadığı və özünəməxsus sirlərə malik olduğu üzə çıxır.
Fransa istehsalı olan melodram janrlı filmin rejissoru Jil Leqrandır. Əsas rolları Olivye Qurme, Elen Vensan, Aliks Benezek və Roman Butey canlandırıblar. Ekran əsəri 2015-ci ildə işıq üzü görüb.
«Mandarin qoxusu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2015
- Ölkə
- Fransa
- Rejissor
- Jil Leqran
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Алексеев
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın