
Deiva Thirumagal
Krişna Utinin yaxınlığındakı kiçik bir kənddə ömür sürür. Yaşca böyük olsa da, onun zehni inkişafı altı yaşlı uşaq səviyyəsində qalıb. Xeyirxahlığı sayəsində hamının hörmətini qazanan bu sadəlövh atanın həyatının mərkəzində beş yaşlı qızı Nila dayanır. Günlərin birində balaca Nilannı ondan qoparıb naməlum yerə aparırlar və Krişna qızını tapmaq üçün yola çıxır.
Axtarışlar onu Madrassa gətirib çıxarır. Burada o, Anuradha və Vinod adlı gənc hüquqşünaslarla rastlaşır. Əvvəlcə onu imkanlı müştəri hesab edən vəkillər həqiqəti öyrəndikdən sonra ataya kömək etmək qərarına gəlirlər. Anuradha uşağın qanunsuz saxlanıldığını əsas gətirərək məhkəmə işi açır və qarşı tərəf kimi qızın məktəblər şəbəkəsinə sahib olan zəngin babası Racendran çıxış edir.
«Deiva Thirumagal» filmi 2011-ci ildə Hindistanda dram janrında çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Vicaydır, baş rolları isə Çiyan Vikram, Anuşka Şetti, Amala Pol və Nassar canlandırıblar.
«Deiva Thirumagal» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın