
Hollivud rəfiqəsi
Ofis işçisi olan qəribə xasiyyətli Sid universitet məzunlarının görüşünü təşkil etmək tapşırığı alır. Həmyaşıdlarının gözündə fərqlənmək istəyən Sid vaxtilə tanınmış aktrisa Elizabet Benks ilə eyni vaxtda təhsil aldığını xatırlayır. O, ulduz tələbə yoldaşını tədbirə dəvət etmək üçün sosial şəbəkələr vasitəsilə onunla əlaqə qurmağı qərara alır.
Aktrisadan cavab ala bilməyən Sid israrla ona mesajlar yazmağa, köhnə fotoları paylaşmağa və görüşə gəlməsi üçün dil tökməyə davam edir. Lakin o, bütün bu qeydləri şəxsi ünvana deyil, aktrisanın rəsmi fanat səhifəsinə yazdığını fərq etmir. Çox keçmədən onun bu cəhdləri internet istifadəçilərinin böyük müzakirə mövzusuna çevrilir.
«Hollivud rəfiqəsi» (Eat Wheaties!) adlı komediya filmi rejissor Skott Abramoviç tərəfindən Kanadada lentə alınıb. 2020-ci ildə işıq üzü görən ekran əsərində baş rolları Alan Tyudik, Şuqa Lin Bird, Robbi Amell və Devid Fillips canlandırıblar.
«Hollivud rəfiqəsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2020
- Ölkə
- Kanada
- Rejissor
- Skott Abramoviç
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın