
Uçuş zolağına bağlı
Təyyarəyə minən sərnişin lazımi baytarlıq arayışını vaxtında almadığı üçün dördayaqlı dostunu birbaşa təyyarə pilləkəninin yanında tərk edir. Sahibsiz qalan it insana olan sədaqətini itirmir. O, hər enən hava gəmisini ümidlə gözləyərək hava limanında qalmağa davam edir.
Növbəti TU-134 təyyarəsi eniş edərkən it yenidən tanış simanı axtarmaq üçün təyyarəyə tərəf qaçır. Həmin vaxt onu vaxtilə sənədsiz heyvanı göyərtəyə buraxmayan stüardessa görür. Baş verənlərə görə vicdan əzabı çəkən qadın köpəyə Nayda adını verir və ona hər vəchlə kömək etməyə çalışır.
«Uçuş zolağına bağlı» («На привязи у взлетной полосы») adlı sovet dram filmi 1989-cu ildə nümayiş olunub. Ekran əsərinin quruluşçu rejissoru Vladimir Xmelnitskidir. Baş rolları Tatyana Nazarova, Konstantin Şaforenko, Gennadi Bolotov və Les Serdyuk canlandırıblar.
«Uçuş zolağına bağlı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1989
- Ölkə
- SSRİ
- Rejissor
- Vladimir Xmelnitski
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Müddət
- 69 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın