
Filmİtaliya64 dəq.480p
Hoganbiiki: Il valore della sconfitta
Hoganbiiki-Il valore della sconfitta
Bədən tərbiyəsi müəllimi Stefaniya Tretsi həyatında yenidən baş qaldıran xoşagəlməz hadisə səbəbindən fəaliyyət istiqamətini dəyişmək məcburiyyətində qalır. O, dərslərdən geri qalan, hər şeydən küsmüş və gələcəyə inamını itirmiş yeniyetmələrdən ibarət sinfə rəhbərlik etməyə başlayır.
Çətin xarakterli bu şagirdlərdə mübarizə əzmini oyatmaq istəyən Stefaniya idmanın gücünə arxalanır. Qadın onları nəticədən asılı olmayaraq heç vaxt təslim olmamağa və çətinliklərin qarşısında sınmamağa öyrətməyə çalışır.
İtaliya istehsalı olan «Hoganbiiki: Il valore della sconfitta» dram filminin rejissoru Enzo Dinodur. Baş rolları Antonio Culiani, Manuela Arkuri, Penelope Freqo və rejissorun özü canlandırıb.
«Hoganbiiki: Il valore della sconfitta» onlayn izlə
Film haqqında
Rollarda
—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək
Rəylər 0
Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür
Hələ rəy yoxdur — ilk siz yazın