
Ata
Ötən əsrin 1920-ci illərində Tulçin qəsəbəsinin sakini Abram Şvarts bütün ümidini oğlu Davidə bağlayır. İstedadlı on iki yaşlı oğlan skripkada məharətlə ifa edir. Atası ilə aralarında düşən kəskin narazılıqdan sonra David doğma yerləri tərk edərək Moskvaya yollanır.
Aradan on il ötür. Artıq gənc oğlan Moskva konservatoriyasının ən parlaq tələbələrindən birinə çevrilir və mütəmadi olaraq konsertlərdə çıxış edir. Abram oğlunun uğurlarını öz gözləri ilə görmək üçün paytaxta gəlir. Lakin şöhrət qazanan gənc musiqiçi atasından utanmağa başlayır.
Rusiyanın «Ata» dram filmi 2004-cü ildə ekranlara çıxıb. Əsərin rejissoru Vladimir Maşkovdur. Baş rolları Vladimir Maşkov, Yeqor Beroyev, Andrey Rozendent və Sergey Dreyden canlandırıblar.
«Ata» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 iyul 2004
- Ölkə
- Rusiya
- Rejissor
- Vladimir Maşkov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın