
Çarli Bartlett
Varlı ailənin övladı olan Çarli Bartlett qəribə zarafatları üzündən şəhərin bütün nüfuzlu özəl məktəblərindən qovulub. Sarkastik xarakterli oğlundan əlini üzən ana çıxış yolunu onu adi bir dövlət məktəbinə göndərməkdə tapır. Yeni mühitdə gənc gözlənilməz tərzdə davranmağa başlayır.
O, sakitcə dərslərini oxuyur və tay-tuşları ilə asanlıqla dil tapır. Çarli hər kəsə pulsuz və faydalı məsləhətlər verərək qısa zamanda etibar qazanır. Lakin bir müddət sonra müəllimlər şagirdlərin davranışında qəribə və gözlənilməz dəyişikliklərin baş verdiyini sezirlər.
«Charlie Bartlett» filmini rejissor Con Poll çəkib. ABŞ və Kanadanın birgə istehsalı olan bu komediya dramı 2007-ci ildə işıq üzü görüb. Ekran əsərində Robert Dauni kiçik, Stiven Yanq, Ceyk Epstin və Dreyk kimi simalar rol alıb.
«Çarli Bartlett» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın