
Villada
Hadisələr 1938-ci ildə Florensiyada cərəyan edir. Şəhərin yüksək təbəqəsi vaxtını təmtəraqlı ballarda və əyləncəli gəzintilərdə keçirərək yaxınlaşan qanlı müharibə təhlükəsinə inanmaq istəmir. Kübar cəmiyyət nümayəndələri tezliklə sərvətlərinin, mülklərinin və titullarının yox ola biləcəyi fikrini yaxına buraxmırlar.
Gənc yaşda dul qalmış Meri Penton isə hesablanmış bir nikaha girməzdən əvvəl həyatını ard-arda dəyişən aşnalarla keçirir. Ehtiraslı sevgi arxasınca qaçan qadın addım-addım taleyinin amansız sonluğuna doğru irəliləyir.
"Up at the Villa" filmi 2000-ci ildə ABŞ və Böyük Britaniya istehsalı olaraq ekranlara çıxıb. Melodram janrında olan bu ekran əsərinin rejissoru Filip Haasdır, baş rolları Kristin Skott Tomas, Şon Penn, Derek Cekobi və Rocer Hemmond canlandırıblar.
«Villada» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2000
- Ölkə
- ABŞ, Böyük Britaniya
- Rejissor
- Filip Haas
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 115 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın