
Maid in Manhattan
Marisa Ventura Manhettendəki dəbdəbəli otellərdən birində xadimə işləyir və günlərini otaqları səliqəyə salmaqla keçirir. Növbəti iş günündə imkanlı qonaqlardan birinin nömrəsini təmizləyərkən o, bahalı ağ kostyumu əyninə yoxlamaq qərarına gəlir. Elə həmin dəqiqə otağa gənc milyonçu və gələcək senator Kristofer Marşall daxil olur.
Qızın gözəlliyinə ilk baxışdan heyran qalan Kristofer onu zəngin cəmiyyətin nümayəndəsi zənn edir və ona diqqət göstərməyə başlayır. Marisa isə qarşısındakı insana həqiqəti söyləməyə, sadəcə otel qulluqçusu olduğunu etiraf etməyə cəsarət tapmır.
«Maid in Manhattan» filmi 2002-ci ildə ABŞ-da lentə alınıb. Romantik komediyanın rejissoru Ueyn Van, əsas rolların ifaçıları isə Stenli Tuççi, Prissilla Lopes, Ceyson Edvards və Deyv Rozenberqdir.
«Maid in Manhattan» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın