
Möcüzələr otağı
Yük maşınının vurması nəticəsində Telmanın azyaşlı oğlu ağır vəziyyətə düşərək komaya girir. O vaxta qədər həm uğurlu karyeraya, həm də ailə səadətinə sahib olan ana bu bədbəxt hadisə ilə barışmaq istəmir. O, övladını yenidən həyata qaytarmaq ümidi ilə qeyri-adi bir addım atmağa qərar verir.
Telma oğlunun gizli arzu dəftərçəsini taparaq oradakı bütün istəkləri tək-tək yerinə yetirməyə və baş verənləri kameraya çəkməyə başlayır. Uşağın oyanacağına inanan qadın Tokioda gözübağlı küçəni keçir, onun sevimli komandası ilə futbol oynayır və siyahıdakı ən qəribə tapşırıqları icra edir.
Fransa istehsalı olan «La chambre des merveilles» dram filmini 2023-cü ildə rejissor Liza Azuelos ərsəyə gətirib. Ekran əsərində baş rolları Aleksandra Lami, Muriel Roben, Hüqo Kestel və Ksavye Lakay canlandırıblar.
«Möcüzələr otağı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 mart 2023
- Ölkə
- Fransa
- Rejissor
- Liza Azuelos
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın