
Qurtuluş
Keçmişdə məhbus həyatı yaşamış Eboni üç övladı və yaşlı anası ilə birgə yeni evə köçür. Maddi çətinliklərlə üzləşən ailədə ananın kimyaterapiya müalicəsi alması vəziyyəti daha da qəlizləşdirir. Qadın spirtli içki asılılığından qurtulmağa çalışsa da, bəzən özünə hakim ola bilmir və yenidən içir.
Çox keçmədən mənzildə qəribə və müəmmalı hadisələr baş qaldırır. Bu ərəfədə uşaqların bədənində yaranan anlaşılmaz qançırlar sosial xidmət əməkdaşının ciddi diqqətini cəlb edir və ailə nəzarət altına düşür.
«The Deliverance» filmi dram və qorxu janrlarını bir araya gətirir. 2024-cü ildə ABŞ-da istehsal olunmuş ekran əsərinin rejissoru Li Denielsdir. Əsas rollarda Lorin Bonner, Qay Kollinz, Əhməd Qrin və Elizabet Hem çıxış edirlər.
«Qurtuluş» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2024
- Ölkə
- ABŞ
- Rejissor
- Li Deniels
- Keyfiyyət
- 480p
- Tərcümədə
- ViruseProject
- Müddət
- 111 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın