
Axşam dumanları bağı
Hadisələr 1950-ci illərdə Malayziyada cərəyan edir. Lin Yaponiyanın hərbi həbs düşərgəsindən sağ çıxmağı bacaran azsaylı insanlardan biridir. Düşərgədə bacısını itirən qadın artıq bir neçə ildir ki, hərbi cinayətkarların axtarışında hökumətlə əməkdaşlıq edir və yaponlara qarşı nifrət bəsləyir.
Bütün bunlara baxmayaraq, o, vəfat etmiş bacısının ən böyük arzusunu gerçəkləşdirmək və ideal yapon bağı salmaq qərarına gəlir. Lin öyrənmək məqsədilə Malayziyanın dağlıq bölgəsində yaşayan keçmiş imperator bağbanının yanına şagird kimi gedir. Lakin bu təcrübəli ustanın özünəməxsus sirləri var.
Böyük Britaniya və Malayziya istehsalı olan «The Garden of Evening Mists» tarixi dram filmi 2019-cu ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Tom Lin, baş rolların ifaçıları isə Ancelika Li, Hiroşi Abe, Silviya Çan və Devid Ouksdir.
«Axşam dumanları bağı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 oktyabr 2019
- Ölkə
- Böyük Britaniya, Malayziya
- Rejissor
- Tom Lin
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın