
Ana, mən evdəyəm
Tonya Kabardin-Balkariyada, Nalçik şəhərinin kənarında avtobus sürücüsü kimi çalışır. O, özəl hərbi şirkətin tərkibində Suriyaya döyüşməyə getmiş oğlunun yolunu səbirsizliklə gözləyir. Lakin günlərin birində qadına oğlunun həlak olduğu bildirilir.
Eşitdiyi bu xəbərə qətiyyən inanmayan Tonya ədalət axtarışına çıxır. O, təkbaşına mübarizəyə başlayaraq oğlunun geri qaytarılmasını tələb edir. Bu gərgin anlarda gözlənilmədən mənzilin astanasında tamamilə başqa bir gənc peyda olur.
"Ana, mən evdəyəm" («Mom I'm Home») filmi 2021-ci ildə Rusiya istehsalı olaraq ekranlara çıxıb. Dram janrında çəkilmiş ekran əsərinin rejissoru Vladimir Bitokovdur. Əsas rolları Kseniya Rappoport, Yura Borisov, Aleksandr Qorçilin və Yekaterina Şumakova ifa edirlər.
«Ana, mən evdəyəm» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 sentyabr 2021
- Ölkə
- Rusiya
- Rejissor
- Vladimir Bitokov
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 104 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın