
Evə uçuş
Kolin adlı iddialı gənc iş adamı varlı bir ərəb şeyxi ilə mühüm müqavilə bağlamaq istəyir. Göyərçin həvəskarı olan bu müştəri Flandriyadakı məşhur çempion quşu almağa çalışsa da, quşun sahibi Yos təklifləri rədd edir. Ərəb sərmayəçisini qazanmaq üçün Kolin həmin quşu nəyin bahasına olursa-olsun satmağa razı salacağına söz verir.
Kolin məqsədinə çatmaq üçün Belçikanın kiçik bir kəndinə yollanır və özünü başqa cür təqdim edir. O, Birinci Dünya müharibəsində həlak olmuş ulu babasının məzarını axtaran sadə bir müəllim rolunu oynayır. Burada gənc fırıldaqçı yerli tələbə İzabel ilə tanış olur.
«Flying Home» filmi 2014-cü ildə Belçika və Almaniya kinematoqrafçılarının birgə istehsalı ilə lentə alınıb. Melodram janrındakı bu ekran işinin rejissoru Dominik Derüdderdir. Əsas rolları Ceymi Dornan, Entoni Hed, Maks Pirkis və Numan Acar canlandırıb.
«Evə uçuş» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 aprel 2014
- Rejissor
- Dominik Derüdder
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın