
Jebo və kölgə
Qoca mühasib Jebo həyat yoldaşı Doroteya və gəlini Sofiya ilə birlikdə rütubətli, soyuq bir mənzildə ağır ehtiyac içində gün keçirir. Qazancları güclə çatsa da, ailə üzvləri xoş gələcəyə olan ümidlərini itirmirlər. Onların yeganə oğlu Joao isə cinayət yolunu seçərək qanunsuz işlərlə məşğul olmağa başlayıb.
Evdə hər kəs oğulun nə vaxtsa geri dönəcəyi anı səbirsizliklə gözləyir. Lakin Jebo və Sofiya ananı qorumaq naminə gəncin oğru olduğunu Doroteyadan gizli saxlayırlar. Günlərin birində Joao gözlənilmədən ailəsinin yanına qayıdır.
2012-ci ildə Fransa və Portuqaliyanın birgə istehsalı ilə ərsəyə gələn «Jebo və kölgə» dram filminin rejissoru Manuel di Oliveyradır. Əsas obrazları Maykl Lonsdeyl, Janna Moro, Klaudiya Kardinale və Rikardu Trepa canlandırıb.
«Jebo və kölgə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 5 sentyabr 2012
- Ölkə
- Fransa, Portuqaliya
- Rejissor
- Manuel de Oliveyra
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Orijinal
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın