
Polis
Uşaqlıqda doğuş zamanı kömək etməyən polisin səhlənkarlığı üzündən bacısını itirən Çiru, bu səbəbdən asayiş keşikçilərinə nifrət bəsləyərək böyüyür. Lakin sonradan onun həyatına dürüst polis əməkdaşı Çaya daxil olur. Qadının mərhəməti gəncin fikirlərini dəyişir və Çaya onun üçün həm mənəvi dayaq, həm də doğma bacı kimi bir insana çevrilir. Yetkin yaşlarında kabel operatoru işləyən Çiru insanlara təmənnasız kömək etməyə çalışır.
Prinsipial qadın polisin faciəvi ölümü və onun yerinə rüşvətxor bir zabitin təyin edilməsi vəziyyəti kəskinləşdirir. Cinayətkar şəbəkənin və satqın məmurların özbaşınalığını görən Çiru, dostları ilə birlikdə məhəllə sakinlərini qorumaq üçün hərəkətə keçir.
2020-ci ildə Hindistanda istehsal olunmuş «Polis» (Khakii) filminin rejissoru Qururac M. Desaidir. Dram janrında çəkilmiş ekran əsərində baş rolları Çirancivi Sarya, Tanya Houp, Dev Gill və Şayya Sinqh canlandırıb.
«Polis» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 yanvar 2020
- Ölkə
- Hindistan
- Rejissor
- Gururaj M. Desai
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- FSG Light.Subtitles
- Müddət
- 114 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın