
İkimiz
Nina və Madlen uzun illərdir ki, aralarındakı romantik münasibətləri hamıdan gizli saxlayırlar. Qonşular üçün onlar sadəcə qarşı-qarşıya mənzillərdə yaşayan ahıl rəfiqələrdir. Qadınların ən böyük arzusu mənzillərini sataraq bir vaxtlar tanış olduqları Romaya köçmək və ömürlərinin qalan hissəsini birlikdə keçirməkdir.
Lakin Madlen bu planı və aralarındakı sevgini yetkinlik yaşına çatmış qızı və oğluna etiraf etməyə cəsarət tapmır. Ailədaxili söhbətin növbəti dəfə baş tutmaması Ninanın səbrini tükəndirir. Elə bu ərəfədə baş verən gözlənilməz hadisə hər iki qadını bir-birindən ayırır və aralarında aşılması daha çətin olan ciddi maneələr yaradır.
«Deux» filmi 2019-cu ildə rejissor Filippo Menezetti tərəfindən lentə alınıb. Fransa, Belçika və Lüksemburqun birgə istehsalı olan dram janrlı ekran əsərində baş rolları Barbara Zukova, Martin Şevalye, Lea Drüker və Jerom Varanfran canlandırıblar.
«İkimiz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 sentyabr 2019
- Ölkə
- Fransa, Belçika, Lüksemburq
- Rejissor
- Filippo Meneghetti
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 99 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗International Submission to the Academy AwardsNominasiya · 2021
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın