
Revoir Paris
Mia təsadüfən hücuma məruz qalan Paris kafelərindən birində olur. O, bu dəhşətli hadisədən sağ çıxmağı bacarsa da, ağır psixoloji zərbə ucbatından həmin gecə baş verənləri heç cür xatırlaya bilmir. Yaddaşındakı boşluqlar qadının adi həyatına qayıtmasına mane olur.
Nələrin yaşandığını anlamaq istəyən qəhrəman yenidən həmin kafeyə üz tutur. Hər həftənin birinci günü sağ qalan digər şahidlər orada toplaşaraq detalları yada salmağa və dərdlərini bölüşməyə çalışırlar. Günlərin birində Mia oraya gələn Toma ilə rastlaşır. Həmin gecə həmkarları ilə ad gününü qeyd edən bu adam hər şeyi ən xırda detalına qədər xatırlayır və Mianın əksinə, hər şeyi unutmaq istəyir.
2022-ci il istehsalı olan bu Fransa dram filminin rejissoru Alis Vinokurdur. Əsas rolları Virjini Efira, Benua Majimel, Qrequar Kolen və Maya Sansa canlandırıblar.
«Revoir Paris» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 may 2022
- Ölkə
- Fransa
- Rejissor
- Alis Vinokur
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın