
Narahat etdiyim üçün üzr istəyirəm
On səkkiz ili psixiatriya xəstəxanasında keçirən keçmiş bank direktoru Auqusto Skribani nəhayət azadlığa çıxaraq mənzilinə qayıdır. Evində isə artıq başqaları yaşayır: boşanmış gəlini Karla doqquz yaşlı qızı Roza ilə, eləcə də qadının yeni sevgilisi Corco öz qızı Debora ilə birlikdə burada məskunlaşıb. Çoxlu yad adamın arasında qalan Auqusto təkcə balaca Roza ilə səmimi ünsiyyət qura bilir.
Qoca ilə azyaşlı qız bir-birinə tez bağlanır. Auqusto onu məktəbə aparır, qoruyur və ən sirdaş dostuna çevrilir. Lakin Karla qocanı yenidən klinikaya qaytarmaqla hədələməyə başlayır. Qadının bu niyyətini pozmaq istəyən Auqusto şəhər kənarında gizlənir, lakin ailəsindən qaçan Roza da tək qalmaq istəməyərək onu axtarmağa yollanır.
«Tolgo il disturbo» filmi İtaliya və Fransa kinematoqrafçılarının birgə dramıdır. 1990-cı ildə ekranlara çıxan ekran əsərinin rejissoru Dino Rizidir. Əsas obrazları Vittorio Qassman, Valentina Holtkamp, Elliot Quld və Dominik Sanda canlandırıb.
«Narahat etdiyim üçün üzr istəyirəm» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın