
Bizdən uzaqda
Gənc qadın Ramira uzun fasilədən sonra Argentinanın Misiones əyalətindəki tropik meşələr qoynunda yaşayan ailəsinin yanına qayıdır. Onun qohumları alman əsilli fermerlər icmasına mənsubdurlar. İllər öncə, dünyaya yenicə gətirdiyi körpəsini anasının himayəsində qoyub qaçan Ramira indi üçyaşlı oğluna yaxınlaşmaq və anası ilə münasibətlərini bərpa etmək istəyir. Lakin uşaq onu ana kimi tanımır və yad bir insan kimi qəbul edir.
Doğma ocağa dönüş heç də asan keçmir, çünki ailə üzvləri onu vaxtilə atdığı bu addıma görə qınamağa davam edirlər. Üstəlik, yaxınları vəfat etmiş atadan qalan mirasın üstündə çəkişirlər və bu gərginlik qohumlar arasındakı incikliyi daha da dərinləşdirir.
«Bizdən uzaqda» (Far from Us) dram filmi 2019-cu ildə Argentinada istehsal olunub. Ekran əsərinin quruluşçu rejissorları Laura Bierbrauer və Verena Kuridir. Baş rolları Mateo Giménez, Juan Hintz, Marcia Majcher və Sesiliya Raynero canlandırıblar.
«Bizdən uzaqda» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 fevral 2019
- Ölkə
- Argentina
- Rejissor
- Laura Bierbrauer, Verena Kuri
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 75 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın