
Məktəbə qayıdış
Hadisələr 1962-ci ildə, Ağ terror dövrünün hökm sürdüyü Tayvanda cərəyan edir. Hökumətin qadağalarına baxmayaraq, iki müəllim yuxarı sinif şagirdləri üçün qadağan olunmuş kitabları oxumaq məqsədilə gizli dərnək təşkil edir. Bu gizli fəaliyyət inspektor Bayın diqqətini çəkir və şagirdlərin izinə düşülür.
Dərnəyin üzvlərindən biri olan Vey Çontin digər yoldaşları ilə bərabər ağır işgəncələrə məruz qalır, lakin dostlarını ələ vermir. Onu fiziki zülmdən daha çox gördüyü qarabasmalar qorxudur. Həmin yuxularda o, Fan adlı məktəbli qızla birlikdə tamamilə boş görünən məktəbin qaranlıq dəhlizlərində dolaşır.
2019-cu ildə Tayvanda istehsal olunmuş «Fan xiao» («Məktəbə qayıdış») filminin rejissoru Con Süydür. Bu tarixi dram və qorxu filmində əsas rolları Cinql Van, Tsen Çinxua, Fu Menbo və Sesiliya Çoy canlandırıb.
«Məktəbə qayıdış» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın