
Maska
Rumi İrani Mumbayda yaşayır və Bollivudun tanınmış aktyorlarından biri olmağı arzulayır. Anası isə oğlunun ailə ənənəsini davam etdirərək nəsildən-nəslə keçən «Rustom» parsi kafesini idarə etməsini istəyir. Doğmaları üçün bu məkan təkcə iş yeri deyil, həm də mühüm bir irsdir.
Kino aləminə daxil olmaq və xərclərini ödəmək məqsədilə Rumi doğma kafeni satmaq qərarına gəlir. Lakin həyatına daxil olan yeni bir qız onun düşüncələrini alt-üst edir. Bu tanışlıq sayəsində gənc oğlan ailə dəyərlərinə və öz əsl məqsədlərinə tamam başqa gözlə baxmağa başlayır.
«Maska» adlı bu Hindistan filmi dram, komediya və melodram janrlarını özündə birləşdirir. Ekran əsərinin quruluşçu rejissorları Nirac Udvani və Caspal Sinqhdir. 2020-ci ildə nümayiş olunan layihənin əsas rollarında Prit Kamani, Manişa Koirala, Şirli Setiya və Caved Ceffri çəkiliblər.
«Maska» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 mart 2020
- Ölkə
- Hindistan
- Rejissor
- Niraj Udvani, Caspal Sinqh
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 111 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın