
Airaa
Jurnalist Yamuna ailəsinin evlilik təzyiqlərindən və cansıxıcı işindən uzaqlaşmaq üçün Çennaini tərk edir. O, Pollaçidə yerləşən nənəsinin köhnə malikanəsinə üz tutur. Şəbəkədə məşhurluq qazanmaq istəyən gənc qadın yerli sakinlərin köməyi ilə YouTube üçün saxta kabus videoları hazırlamağa qərar verir. Lakin bir müddət sonra qədim evdə həqiqi fövqəltəbii hadisələr baş qaldırır.
Uydurma qorxu səhnələri gerçək qisasçı bir ruhun oyanması ilə nəticələnir. Eyni zamanda Amudhan adlı gənc qəribə və müəmmalı ölümlərin arxasındakı səbəbləri aydınlaşdırmağa çalışır. Bu araşdırmalar onu vaxtilə dünyasını dəyişmiş sevgilisi Bhavani ilə bağlı kədərli həqiqətlərə aparır.
«Airaa» filmi dram və dəhşət janrlarının sintezindən ibarətdir. 2019-cu ildə Hindistanda istehsal olunmuş ekran əsərinin quruluşçu rejissoru Sarjundur. Baş rolları Nayantara, Kalaiyarasan, Yogi Babu və Maathevan ifa edirlər.
«Airaa» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın