
Boş günlər
Əyalət şəhərində yaşayan gənc Jan və Fabiana məktəbi bitirmək ərəfəsindədir. Onlar gələcək həyatları ilə bağlı mühüm seçim qarşısında qalırlar: ya buradan uzaqlaşıb yeni imkanlar axtarmalı, ya da qalıb valideynlərinin taleyini təkrarlamalıdırlar. Birlikdə keçirdikləri günün ardından Jan qəfil intihar edir, Fabiana isə izsiz-tozsuz yoxa çıxır.
Hadisədən iki il sonra başqa bir cütlük — Daniel və Alanis bu sirli faciənin səbəblərini öyrənməyə qərar verir. İtkin düşən qızın taleyini və intiharın pərdəarxasını araşdıran gənclər öz baxışlarını yenidən nəzərdən keçirir, həyatlarını dəyişmək üçün addım atmağa çalışırlar.
Braziliya istehsalı olan «Dias Vazios» dram filminin rejissoru Robney Bruno Almeidadır. 2018-ci ildə nümayiş olunan ekran əsərində əsas rolları Arthur Avila, Natália Dantas, Vinícius Queiroz və Karla Ribaş canlandırıblar.
«Boş günlər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 yanvar 2018
- Ölkə
- Braziliya
- Rejissor
- Robney Bruno Almeida
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın