
Bao bei er
Bioloji valideynləri anadangəlmə genetik qüsuru səbəbindən Menqdən körpə ikən imtina ediblər. Onu böyüdüb boya-başa çatdıran övladlığa götürən ailəsi olub. İyirmi yaşına çatan gənc qıza hamı şəhərə köçməyi və öz şəxsi həyatını qurmağı məsləhət görsə də, o, ona qayğı göstərən xəstə və yaşlı anasını tək qoymaq istəmir.
Dolanaşıq üçün uşaq xəstəxanasında təmizlikçi işləməyə başlayan Menq orada özü ilə eyni xəstəlikdən əziyyət çəkən yeni doğulmuş körpə ilə qarşılaşır. Körpənin atası bahalı müalicə xərclərini ödəməkdən boyun qaçırır və bu da uşağın ölümü ilə nəticələnə bilər. Menq isə bu cür haqsızlıqla barışmaq niyyətində deyil.
«Bao bei er» dram filmi 2018-ci ildə Çində istehsal olunub. Ekran əsərinin rejissoru Lyu Tsyedir, baş rolları isə Yan Mi və Qo Tsinfey canlandırıblar.
«Bao bei er» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın