Mələklər yatanda…
Film2017Qazaxıstan87 dəq.480p

Mələklər yatanda…

Kogda angely spyat…

Toy ərəfəsində olan Arman və onun nişanlısı Qurman üçün xoşbəxt günlər gözlənilmədən fəlakətə çevrilir. İçkili və imkanlı dörd gənc qızı qaçıraraq ona təcavüz edir. Sevdiyi insanı xilas etməyə çalışan Qurman isə hüquq-mühafizə orqanları ilə ciddi problemlər yaşamaq məcburiyyətində qalır.

Ağır zərbədən sonra özünə gələn Arman cinayətkarların cəzalandırılmasını tələb edir. Lakin cəmiyyət zərərçəkənə dəstək olmaq əvəzinə, baş verənlərdə onu günahlandırmağa başlayır. Nüfuzlu ailələrlə mübarizə aparmaqdan çəkinən qohumları qalmaqal yaratmamağı və təklif olunan pulu götürməyi xahiş etsələr də, qız ədalət axtarışından əl çəkmir.

Qazaxıstan istehsalı olan «Mələklər yatanda…» («Kogda angely spyat…») dram filmi 2017-ci ildə ekranlara çıxıb. Rejissor Rəşid Süleymenovun lentə aldığı ekran əsərində baş rolları Juldız Abdukarimova və Qayrat Nurtas canlandırıb.

İzlə

«Mələklər yatanda…» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
12 oktyabr 2017
Keyfiyyət
480p
Tərcümədə
Tərcümə tələb olunmur
Müddət
87 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın