
Mogliamante
Toy gecəsi ərinin dediyi ağır sözlər Antonia de Angelisə dərin psixoloji zərbə vurur. Keçirdiyi güclü sarsıntı nəticəsində gənc qadın uzun müddət yataq xəstəsinə çevrilir. Lakin şərab satışı ilə məşğul olan əri Luici qəfil yoxa çıxır və Antonia onun öldüyünü zənn edir. Bu yeni sarsıntı qadını yenidən ayağa qaldırır və həyata qaytarır.
Sağalan Antonia ərinin başladığı ticarət işini öz üzərinə götürmək qərarına gəlir. O, Luicinin şərab satdığı köhnə müştəriləri bir-bir ziyarət etməyə başlayır. Antonia bu səfərlər əsnasında yoldaşının gizli qalmış keçmişi və həyatı barədə addım-addım gözlənilməz detalları öyrənir.
İtaliya istehsalı olan «Mogliamante» filmi dram, komediya və melodram elementlərini özündə birləşdirir. 1977-ci ildə ekranlara çıxan lentin rejissoru Marko Vikariodur. Əsas rolları Laura Antonelli, Marçello Mastroyanni, Leonard Mann və Uilyam Berger canlandırıblar.
«Mogliamante» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 oktyabr 1977
- Ölkə
- İtaliya
- Rejissor
- Marko Vikario
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal, Birsəsli kadrarxası, ССК+
- Müddət
- 106 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın