
Kral oyunları
Seçkilər ərəfəsində rəy sorğularında öndə gedən müxalifət partiyasının lideri qəzaya düşür. Jurnalist Ulrik Torpa bu hadisənin təfərrüatlarını ört-basdır etmək təklif olunur. Siyasətçinin xəstəxanada həyat mübarizəsi apardığı bir vaxtda, ekologiya naziri Lone Kyeldsenin partiyanın yeni sədri olacağı ehtimal edilir.
Lakin rəhbərliyə gəlmək o qədər də asan başa gəlmir, çünki partiya daxilində onun bu mövqeni tutmasını istəməyən güclər var. Nəticədə daxili çəkişmələr alovlanır və hakimiyyət uğrunda kompromissiz siyasi mübarizə başlayır. Hadisələrin mərkəzində qalan jurnalist məlumatların gizlədilməsi cəhdləri ilə üzləşir.
2004-cü ildə çəkilmiş «Kral oyunları» (Kongekabale) filmi Danimarka və İsveçin birgə istehsalıdır. Ekran əsərinin quruluşçu rejissoru Nikolay Arseldir. Əsas rolları Anders V. Bertelsen, Sören Pilmark, Nastya Arsel və Nikolas Bro canlandırıb.
«Kral oyunları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 avqust 2004
- Rejissor
- Nikolay Arsel
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər)
- Müddət
- 107 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın