
A Waste of Shame: The Mystery of Shakespeare and His Sonnets
On altıncı əsrin sonlarında Uilyam Şekspir ardıcıl çətinliklərlə üzləşir. 1597-ci ildə lord-merin qərarı ilə onun pyeslərinə qadağa qoyulur və dramaturq həm dolanışıq vasitəsindən, həm də tamaşaçılarından məhrum olur. Həyat yoldaşı Enn Heteueydən ayrı düşməsi və oğlunun vəfatından doğan kədər vəziyyəti daha da ağırlaşdırır.
Maddi və mənəvi böhran zamanı ona yeni bir sifariş gəlir. Şekspir gənc himayədarı Pembruk qrafını tərənnüm edən sonetlər silsiləsi yazmalıdır. Zərif şeirlərin yaranma prosesi zamanı şair özünü gənc qraf və sirli «Qaraşın xanım» arasındakı iztirablı sevgi üçbucağında tapır.
«A Waste of Shame: The Mystery of Shakespeare and His Sonnets» bioqrafik dram filminin rejissoru Con MakKeydir. 2005-ci ildə Böyük Britaniyada çəkilmiş ekran əsərində baş rolları Rupert Qreyvz, Tom Störric, İndira Varma və Zoi Uanameyker canlandırıb.
«A Waste of Shame: The Mystery of Shakespeare and His Sonnets» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 noyabr 2005
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Con Makkey
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın