
Appendix
Zəri qarın nahiyəsindəki kəskin ağrılar səbəbindən təcili olaraq xəstəxanaya üz tutur. Qəbul şöbəsində məlum olur ki, onun tibbi sığortasının müddəti artıq bitib. Lazımi müalicəni almaq üçün qadın rəfiqəsi Leylanın sənədindən istifadə edir və həmin sığortanın özünə aid olduğunu bildirir.
Həkimlər Zərinin kor bağırsağını əməliyyat etsələr də, çox keçmədən onun yalan danışdığından şübhələnməyə başlayırlar. Tibb işçilərini inandırmaq istəyən Zəri ilə Leyla yerlərini dəyişmək qərarına gəlirlər. Lakin qurduqları bu hiyləgər plan gözlənilməz problemlərlə üzləşir.
İran istehsalı olan «Appendix» dram filmi 2017-ci ildə rejissor Hossein Namazi tərəfindən çəkilib. Ekran əsərinin əsas rollarında Anahita Nemati, Amirali Danaei, Pardis Manouchehri və Reza Akbarpour çıxış edirlər.
«Appendix» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 aprel 2017
- Ölkə
- İran
- Rejissor
- Hossein Namazi
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın