
Mon mon mon bədheybətlər!
Məktəb rəhbərliyi müəllimlərə sayğı göstərməyən bir qrup qəddar şagirdi qocalara kömək etmək üçün ictimai işlərə yollayır. Lakin gənclər ahıllara dəstək olmaq əvəzinə onları incitməyə davam edirlər. Çoxmənzilli binadakı bu lağlağı gözlənilmədən qaranlıqda gizlənən canlılarla üz-üzə gəlməklə nəticələnir.
Yeniyetmələr təsadüf nəticəsində gecə yırtıcılarından birini yaxalamağı bacarırlar. Əsir düşən varlıqla rəftar zamanı şagirdlərin nümayiş etdirdiyi qəddarlıq, əsl canavarın kim olduğu sualını doğurur: insan əti ilə qidalanan məxluqlar, yoxsa həddini aşmış məktəblilər.
2017-ci ildə nümayiş olunan Tayvan istehsalı «Guai guai guai guaiwu!» filmi drama, komediya, triller və qorxu elementlərini özündə birləşdirir. Ekran əsərinin rejissoru Qiddens Kodur. Əsas obrazları Den Yukay, Kent Tsay, Kerolin Çen və Bonni Lyan canlandırıb.
«Mon mon mon bədheybətlər!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 aprel 2017
- Ölkə
- Tayvan
- Rejissor
- Qiddens Ko
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Колобок
- Müddət
- 113 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın