
Dünənki kimi yenidən
Əlaçı və nümunəvi məktəbli Lin Tianjiao məktəbi bitirdikdən sonra nüfuzlu universitetin maliyyə fakültəsinə daxil olmağı hədəfləyir. Məqsədinə çatmaq üçün hər yolu məqbul sayan qız ev tapşırıqlarını vaxtında çatdırmaqdan ötrü gözlənilməz qərar verir. O, dərslərinə etinasız yanaşan və qayğısız həyat sürən həmyaşıdı Qao Syan ilə gizli sövdələşməyə girir.
Xarakterləri və gələcəyə baxışları tamamilə fərqli olan bu iki gəncin ortaq məxrəcə gəlməsi asan olmur. Şərtlər onları bir-birini dinləməyə, baxış bucaqlarını dəyişməyə və birgə addımlamağı öyrənməyə vadar edir.
«Dünənki kimi yenidən» («Shei de qing chun bu mi mang») adlı Çin filmi 2016-cı ildə rejissor Yao Tintin tərəfindən lentə alınıb. Gənclik melodramının əsas rollarını Bai Tszintin, Qo Şutun, Li Hunyi və Van Herun canlandırıb.
«Dünənki kimi yenidən» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 aprel 2016
- Ölkə
- Çin
- Rejissor
- Yao Tintin
- Keyfiyyət
- 720p
- Tərcümədə
- STEPonee
- Müddət
- 108 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın