
Nham-Nham, A Criatura
Valideynlərinin boşanmasından sonra doqquzyaşlı Lukas anası ilə birlikdə başqa bir şəhərə köçür. Ətrafında heç bir dostu olmadığı üçün oğlan özünü tamamilə tənha hiss edir. Gecələrin birində otaqdakı şkafın içindən gələn səslər uşağın diqqətini çəkir və orada qəribə, eybəcər vəziyyətdə olan Nham-Nham adlı oyuncaq ayı tapır.
Ac qalan varlıq yemək istəyir və uşağın gündəlik həyatına dair rəsmlər çəkdiyi dəftər səhifələrini yeməyə başlayır. Tezliklə Lukas fərqinə varır ki, ayı hansı rəsmi yeyirsə, onunla bağlı xatirələr yaddaşından büsbütün silinir. Oyuncağın bu xüsusiyyətini anlayan oğlan unutmaq istədiyi hər şeyi ona yedirtmək qərarına gəlir.
Braziliya istehsalı olan «Nham-Nham, A Criatura» qısametrajlı filmi 2015-ci ildə rejissor Lucas de Barros tərəfindən çəkilib. Baş rollarda Paula Bittencourt de Farias, Carol Gesser və Davi Tancredi Lopes çıxış edir.
«Nham-Nham, A Criatura» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 5 iyun 2015
- Ölkə
- Braziliya
- Rejissor
- Lucas de Barros
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- datynet
- Müddət
- 14 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın