
Kiçik xain
Hadisələr 1947-ci ildə, İsrail dövləti qurulmazdan əvvəl Fələstində cərəyan edir. Bütün ömrünü Britaniya idarəçiliyi altında keçirən on iki yaşlı Proffi Libovits yoldaşları ilə birlikdə əcnəbi əsgərlərə qarşı xırda etirazlar edir. Komendant saatı vaxtı qaydanı pozan uşağı saxlayan serjant Danlop onu həbsxanaya aparmaq əvəzinə evinə ötürür.
Bu gözlənilməz addım onların arasında tədricən möhkəmlənən ünsiyyətin əsasını qoyur. Doğma atasının soyuqluğundan əziyyət çəkən Proffi üçün tənha və Müqəddəs Kitabı oxumağı sevən bu hərbçi doğma bir insana çevrilir. Uşaq ona ivrit dilini öyrədir, serjant isə cavabında ingilis dilindən dərslər keçir. Lakin Britaniya qüvvələrinə qarşı mübarizə gücləndikcə bu münasibət təhlükə altına düşür və dostları Proffini satqın adlandıraraq ondan üz döndərirlər.
«Kiçik xain» (The Little Traitor) dram filminin rejissoru Linn Rotdur. ABŞ və İsrail kinematoqrafçılarının birgə istehsalı olan bu ekran əsəri 2007-ci ildə işıq üzü görüb. Filmdə əsas rolları İdo Port, Alfred Molina, Cilya Ştern və Rami Xoyberger ifa ediblər.
«Kiçik xain» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın