
Xoş sözlər
«Xoş sözlər» (The Kind Words) dram filmi illər boyu yalan içində yaşadıqlarını anlayan üç yetkin israillinin həyatından bəhs edir. Qardaş və bacıların hər birinin öz qayğıları var: Dorona uşaq sahibi ola bilmədiyi üçün həyat yoldaşı ilə münasibətlərində soyuqluq yaşayır, dindar Nataneel vaxtilə arvadının təkidi ilə qəbul etdiyi qərardan peşmandır, kiçik qardaş Şay isə restoran işlədən azad fikirli bir geydir. Analarının vəfatından sonra vaxtilə onları gənc müğənniyə görə tərk etmiş ataları yenidən peyda olur.
Uşaqları ilə əlaqə qurmağa çalışan ata heç vaxt övlad sahibi ola bilmədiyini və onların bioloji atasının başqa şəxs olduğunu etiraf edir. Əsl həqiqəti üzə çıxarmaq üçün onlar Qüdsdən Fransaya üz tutur, Paris və Marsel şəhərlərinə yollanırlar. Axtarışlar onları mərhum analarının vaxtilə Əlcəzairdə keçirdiyi gənclik illərinin sirlərinə doğru aparır.
Ekran əsəri rejissor Şemi Zarxin tərəfindən 2015-ci ildə Kanada və İsrailin birgə istehsalı kimi lentə alınıb. Baş rolları Rotem Zussman-Koen, Rassabn Abes, Ro'i Asaf və Meqqi Azarzar canlandırıblar.
«Xoş sözlər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 may 2015
- Rejissor
- Şemi Zarxin
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Синема УС, GreenРай Studio, GREENРай
- Müddət
- 118 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın