
Nanban
Sentil və Venkatın kolleci bitirməsindən artıq on il ötüb. Bütün bu müddət ərzində onların ağlından çıxmayan yeganə məsələ yaxın yoldaşları Parinin hara və niyə yoxa çıxmasıdır. Köhnə tələbə yoldaşlarından biri Parinin izinə düşdüyünü deyən kimi dostlar hər şeyi yarımçıq qoyaraq yola çıxırlar.
İtkin düşən dostu tapmaq heç də asan olmur və bunun üçün bütün ştatı qarış-qarış gəzmək lazım gəlir. Bu səfər qəhrəmanların keçmiş xatirələrini oyadır. Onlar Parinin həyatlarına necə daxil olduğunu, hər şeyi necə dəyişdirdiyini, öz yollarını tapmağa necə kömək etdiyini və birdən-birə necə qeyb olduğunu yenidən xatırlayırlar.
2012-ci ildə ekranlara çıxan «Nanban» komediya-dram filminin rejissoru S. Şankardır. Hindistan istehsalı olan bu kinoda baş rolları Vicay, Civa, Srikanth və İleana D'Kruz canlandırıblar.
«Nanban» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın