
Əzablar qatarı
Kitamiti Tokioda ucuz bir otaqda qalır və limanda fəhləlik edərək birtəhər dolanır. Qazandığı bütün pulu spirtli içkilərə xərcləyən gəncin nə sevgilisi, nə də yaxın sirdaşı var. Günlərin birində o, Kusakabe adlı tələbə ilə tanış olur və bu ünsiyyət tezliklə möhkəm dostluğa çevrilir.
Yeni yoldaşının köməyi ilə Kitamiti köhnə kitablar mağazasında çalışan Yasuko ilə rastlaşır və qıza ilk baxışdan vurulur. Lakin bu məhəbbət çox keçmədən sınaqla üzləşir. Heç bir əsası olmayan qısqanclıq hissi iki oğlan arasındakı dostluq münasibətlərini sarsıtmağa başlayır.
2012-ci ildə ekranlara çıxan «Kueki ressha» adlı Yapon drama və komediya filminin rejissoru Nobuhiro Yamaşitadır. Ekran əsərində baş rolları Mirai Moriyama, Kengo Kora, Atsuko Maeda və Makita Sports canlandırıblar.
«Əzablar qatarı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 iyul 2012
- Ölkə
- Yaponiya
- Rejissor
- Nobuhiro Yamashita
- Keyfiyyət
- 720p
- Tərcümədə
- D.l.M., D.I.M.
- Müddət
- 112 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗Japan Academy Prize for Outstanding Performance by an Actor in a Leading RoleNominasiya · 2013
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın